AZ

D8 Azərbaycanın hesabına öz coğrafiyasını genişləndirir, imkanlarını artırır – ŞƏRH

Bakı. Trend:

Azərbaycanın D8-ə üzv seçilməsi bir tərəfdən ölkəmizinuğurlarının dünya, xüsusilə islam ölkələri tərəfindən qəbulolunması, bu uğurlar hesabına Azərbaycanın etimad qazanması və onaetibar olunması, digər tərəfdən də birliyin genişlənməsinə dairqərarın verilməsindən sonra ilk üzv kimi qəbul olunmağımızbaxımından olduqca vacib hadisədir. Bu, ölkəmizin diplomatikstrukturlarının bu istiqamətdə ardıcıl olaraq fəaliyyətgöstərməsinin uğuru kimi də qiymətləndirilə bilər.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı AzərAllahverənov deyib.

Millət vəkili xatırladıb ki, 8 üzv dövlətin ümumi daxili məhsulu4 trilyon dollardan çoxdur:

“D8 Azərbaycan üzərindən Xəzər dənizi hövzəsi, Mərkəzi Asiyarespublikalarına çıxış əldə etmiş olur. Azərbaycanın bu səpkidətəqdim edə biləcəyi imkanlar bilavasitə onun nəqliyyat imkanlarıilə bağlıdır. Avrasiyanın müxtəlif qütblərini əlaqələndirənbeynəlxalq nəqliyyat və logistika layihələrinin məhz Azərbaycanüzərində keçməsi D8-ə də həmin potensialdan yararlanmaq fürsətiverir. Bu da ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaran,mal-əmtəə mübadiləsinin genişləndirilməsinə səbəb ola biləcək vacibhadisə hesab olunur”.

Azər Allahverənov bildirib ki, Azərbaycanın D-8-də təmsilolunması, həmçinin, siyasi, geosiyasi cəhətdən olduqcavacibdir:

“Azərbaycan birliyin coğrafiyasının çox vacib elemetlərindəndir.Çünki Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi, Mərkəzi Asiya vektorununD-8 üçün inkişaf etdirilməsi geosiyasi əhəmiyyət daşıyır. Buradadigər platformaların da fəal sürətdə inkişaf etdirilməsi və TürkDövlətləri Təşkilatından olan Azərbaycan və Türkiyənin birlikdətəmsil olunması TDT-nin də coğrafiyasının potensialını da bir qədərartırmış olur. Bu gələcəkdə D8-in sıralarının genişləndirilməsi iləbağlı veriləcək qərarlar bilavasitə TDT üzvlərinin də hesabına başverəcək. Azərbaycan da bu nailiyyətlərin əldə olunmasında maksimumöz töhfəsini verəcək, həm də öz iqtisadiyyatını da inkişaf etdirməküçün həmin nailiyyətlərdən yararlanmaq imkanı qazanacaq”.

Milli Məclisin deputatı Elşad Musayev isəTrend-əaçıqlamasında təşkilatın əhəmiyyətindən söz açıb:

“D8 təşkilatı inkişaf etməkdə olan müsəlman ölkələrinin iqtisadiəməkdaşlığını gücləndirmək məqsədilə yaradılan qurumdur. Müxtəlifməqsədlər üçün yaradılan təşkilata üzv ölkələrin iqtisadi baxımdançox böyük potensialı var. Təşkilatın yaradılması ölkələrin iqtisadiinkişafını dəstəkləmək, qlobal iqtisadi sistemdə iştirakı artırmaq,enerji, nəqliyyat, texnologiya, sənaye sahəsində əməkdaşlığınartırılması məqsədi güdür. Bundan əlavə sülh üçün əməkdaşlıq, insanhüquqları və demokratik prinsiplərə hörmət, sosial ədalət vəbərabərliyin qorunmasını özündə ehtiva edir”.

Millət vəkili açıqlamasında Azərbaycanın təşkilatdan hansıimkanlar əldə edəcəyini də diqqətə çatdırıb.

“Azərbaycan belə böyük müsəlman ölkələrinin qrupunda yer almaqlaölkənin iqtisadi potensialını artırmaq imkanı əldə edir. İslamölkələrinə siyasi inteqrasiya, dünyada imicin artırılmasıbaxımından da bu təşkilata qoşulmağımızın böyük əhəmiyyəti var”, -deyə deputat qeyd edib.

Seçilən
2
az.trend.az

1Mənbələr