AZ

320 mindən çox insan ÖLƏCƏK: Tarix verildi - ŞOK XƏBƏRDARLIQ

Yaponiyanın Honsyu adasının cənub-şərqində yerləşən Nankay qırağında güclü zəlzələnin baş vermə riski artıb.

Musavat.com xəbər verir ki, seysmik aktivliyin tədqiqi üzrə komissiyanın hesabatına əsasən, yaxın 30 il ərzində 8-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı 80% təşkil edir.

Proqnozlara görə, belə bir fəlakət zamanı 323 min insanın həyatını itirmə riski var.

Analitiklər bu ehtimalın növbəti 40 il ərzində 90%-ə, 50 il ərzində isə daha da yüksək göstəricilərə çatacağını bildiriblər. Xatırladaq ki, Nankay qırağında ən son böyük zəlzələ 21 dekabr 1946-cı ildə qeydə alınmışdı və bu, 8 bal gücündə olmuşdu. NHK telekanalı xəbər verir ki, Yaponiya hökuməti mümkün təhlükələrə qarşı tədbirlər görməyi planlaşdırır.

Musavat.com

Seçilən
3
2
musavat.com

3Mənbələr