AZ

Həftənin SƏFİRİ - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün təyinatı ilə bağlı paylaşım edib. B.Akgün “X” hesabında yazıb: “Türkiyə Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmağımla bağlı Prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Birlikdə işləməkdən şərəf duyduğum xarici işlər naziri Hakan Fidana da dəstəyinə görə təşəkkür edirəm. Bu şərəfli vəzifənin icrası müddətində Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” anlayışı ilə əməkdaşlığı, qardaşlığı və ittifaqı bütün sahələrdə inkişaf etdirməyə davam edəcəyik”.

 

Həftənin İDDİASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İYİ partiyanın keçmiş sədri Meral Akşeneri köməkçisi təyin edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bu iddia ilə jurnalist Erdal Sağlam çıxış edib. İddialara görə, prezident köməkçisi vəzifələrinin sayının ikiyə yüksəldilməsi planlaşdırılır və bu vəzifələrdən birinin Akşenerə həvalə ediləcəyi bildirilir. Lakin Meral Akşenerin yaxınları bu məlumatı təkzib edib.

 

Həftənin HEKAYƏSİ

“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” komandasına keçən Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və Ağdam klubuna təşəkkür edib. O, bu barədə instaqram hesabında paylaşım edib. “Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”, - deyə o bildirib.

 

Həftənin HƏBSİ

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər. Bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb. “İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, - agentlik bildirib.

 

Həftənin TƏNQİDİ

ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı rəsmiləri səriştəsizlikdə ittiham edib. Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O, hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib: “Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər”.

 

Həftənin TƏHDİDİ

“Rusiya, Çin, İran və Şimali Koreya dünyada təhlükəsizliyə təhdiddir”. Bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Avropa Parlamentindəki ilk çıxışı zamanı deyib. “Biz müharibədə deyilik, lakin sülh içində də deyilik. Biz xalqlarımızı və Avropa həyat tərzini necə qoruyacağımızı bilirik və indi sadəcə bunu etməliyik”, - Rütte bildirib. Alyansın baş katibi Ukrayna ilə bağlı bildirib ki, Avropanın gələcəyi müharibənin nəticəsindən asılıdır.

Seçilən
3
hafta.az

1Mənbələr