AZ

Məşhur rejissorun çəkdikləri plagiat imiş

Məşhur rejissor M.Night Şhyamalan plagiatçılıqda  ittiham olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb. “Altıncı hiss” və digər hitlərin müəllifinə qarşı məhkəmə iddiası qaldıran rejissor Françeska Qreqorini hesab edir ki, Şyamalan öz serialında onun filmindən əsas elementləri götürüb. Söhbət  onun 2013-cü ildə çəkdiyi “Emanuel və Balıqlar haqqında həqiqət” filmində “Xidmət Evi” şousundan gedir. Mənbənin məlumatına görə, Qreqorininin Şyamalana qarşı iddiasının məbləği 81 milyon dollar təşkil edib. Bildirilir ki, növbəti məhkəmə iclasında münsiflər heyəti hər iki əsərin məzmununu təsadüflərə görə qiymətləndirmək üçün iddiaçının filminə və “Xidmətçilər”in ilk üç seriyasına baxacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
6
konkret.az

1Mənbələr