“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.
Tanzaniyalı yarımmüdafiəçi ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.
İdman.biz