AZ

Emmanuel Makron Keir Starmeri dilə tutmağa çalışır

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Keir Starmer ilə hər iki ölkədən Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı gizli danışıqlar aparır.

Editor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb. Nəşrin mənbələri iddia edir ki, Starmer hələ yekun qərar qəbul etməyib, Makron isə bu ideyanın təşəbbüskarı kimi Londonu razılaşmağa inandırır. Məqalədə deyilir: Ser Keir və cənab Makron, münaqişəyə son qoymaq üçün mümkün razılaşma əldə edildikdən sonra Britaniya və Fransa əsgərlərinin sülhməramlı qüvvə kimi göndərilməsini müzakirə edirlər. Danışıqların təfərrüatları gizli saxlanılır.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
1
editor.az

2Mənbələr