Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Rusiyanın Voronej vilayətində neft bazasına hücum edib.
AzPost bildirir ki, bazada yanğın başlayıb.
Vilayət rəhbəri Aleksandr Qusevin sözlərinə görə, neft bazasının ərazisinə bir neçə PUA düşüb. İlkin məlumata görə, itki yoxdur.
Hadisə yerində təcili xidmətlər işləyir. Bölgədə PUA hücumları riski qalmaqdadır.