AZ

“Porsche”üçün ağır il

2024-cü ildə 310 718 ədəd avtomobil satan “Porsche” şirkəti son illərdə ilk dəfə geriləmə qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, pandemiya vaxtı satışları azalmayan şirkət ötən ili geriləmə ilə başa vurub. Şirkətin ən çox satılan modelləri “Cayenne” və “Macan" olub. 718 modeli cəmi 20 670 ədəd satılıb ki, bu da illik əsasda 15 faiz azalma deməkdir.

Ən ciddi azalma isə “Taycan” modelində olub. Maşın il ərzində 20 836 ədəd satıllıb ki, bu da il ərzində yarıbayarı azalma deməkdir. 

Satışların geriləməsinə səbəb Çində “Porsche” avtomobillərinə marağın azalması, Avropada isə “Macan” modelinin yalnız elektrik mühərrikli versiyasının alıcılara təqdim edilməsidir.

Vüqar

Seçilən
4
avtosfer.az

1Mənbələr