AZ

Məktəb direktoru və müavini düzəltmək adı ilə 49 minlik dələduzluq edildi

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahnəzər Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, zərərçəkmiş və məhkumun apellyasiya şikayətləri təmin edilməyib.


İttihama görə, Şahnəzər Həsənov iş üzrə 3 zərərçəkmişə özünü yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırıb.


Belə ki, o, zərərçəkmiş Malik Pənahovu (şərti) Gəncə şəhər Təhsil İdarəsinə tabe olan orta məktəblərdən birində direktor vəzifəsinə, onun arvadını isə həmin məktəbdə müvafiq bir işə düzəltməkdə köməklik göstərməsini bildirib. Təqsirləndirilən şəxs bu yolla zərərçəkmişdən 2021-ci illərdə Gəncə şəhərində ümumilikdə 40 000 manat məbləğində pul alıb.
 

Bundan başqa, Şahnəzər Həsənov zərərçəkmiş Taleh Quliyevin (şərti) qızının orta məktəbə müəllim keçməsi üçün test imtahanından yüksək nəticə, keçid balı toplamasında köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib. O, həmin şəxsi aldadaraq ondan 2021-ci ilin iyul ayında Gəncə şəhərində 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Bundan başqa, Şahnəzər Həsənov zərərçəkmiş Qulam Babayevi (şərti) Gəncə şəhərində orta məktəblərdən birinə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlməsi ilə bağlı köməklik göstərməsini vəd edib. O, bu yolla zərərçəkmişin 3000 manat pulunu alaraq dələduzluq edib.


Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Şahnəzər Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 

Tarix: 16 Yanvar 2025, 11:06   
Seçilən
3
pravda.az

1Mənbələr