Yanvarın 15-də Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Lilya Sirakanyan iqtisadiyyat nazirinin müavini təyin edilib.
Vətəninfo.az xəbər verir ki, erməni mediasının iddiasına görə Lilya Sirakanyan Nikol Paşinyanın yaxın qohumudur. News.am saytı yazır ki, Lilya Sirakanyan Paşinyanın xalası qızıdır.
Qeyd edək ki, Lilya Sirakanyan, bundan əvvəl Aparat rəhbərinin müavini olub.