AZ

“Neftçi”nin qambiyalı futbolçusu məşqlərə başlayıb

“Neftçi”nin qambiyalı futbolçusu Dembo Darbo məşqlərə başlayıb. Bu barədə SİA-ya paytaxt klubunun mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, zədə səbəbindən Qəbələ toplanışına qatıla bilməyən 26 yaşlı hücumçunun Bakıya qayıtdığını və yaxın vaxtlarda kollektiv məşqlərə qoşulacağını söyləyib:

“Dembo Darbo zədəsini sağaltmaqla məşğul olduğu üçün Qəbələ toplanışına qatılmadı. Artıq Bakıdadır, uzun yol qət etdiyinə görə komandanın düşərgəsinə hələ ki, qoşulmayıb. Bu gündən fərdi məşqlərə başlayacaq. Daha sonra gedişata uyğun kollektiv məşqlərə qoşulacaq. Qalan futbolçularla bağlı hər şey qaydasındadır, heyətdə zədəli yoxdur. Hər biri Qəbələ toplanışında iştirak etdi. Bakıda qarşıdakı oyun üçün hazırlıqlar davam edir”.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının XIX turunda evdə “Sabah”la qarşılaşacaq. Komanda hazırda 17 xalla turnir cədvəlində 8-ci yerdədir.

Seçilən
1
1
sia.az

2Mənbələr