AZ

Ərəb ölkələrindən Qəzzadakı atəşkəsə ilk reaksiyalar

Ərəb ölkələri Qəzza zolağında İsrail və Fələstinin Həmas hərəkatı arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayır.

News24.az həmin ölkələrin mövqelərini təqdim edir.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi “razılaşmaya əməl olunmasının və İsrailin Qəzza zolağına hücumlarına son qoyulmasının” vacibliyini vurğulayıb.

Diplomatik missiyanın bəyanatında “İsrail qoşunlarının Qəzza zolağından və bütün digər Fələstin və ərəb ərazilərindən tamamilə çıxarılmasının, habelə köçkünlərin öz ərazilərinə qaytarılmasının” zəruriliyi vurğulanıb.

Ər-Riyad paytaxtı Şərqi Qüdsdə və 1967-ci il sərhədləri daxilində müstəqil bir Fələstin dövlətinin yaradılması zərurətinə diqqət çəkib, həmçinin Qətər, Misir və ABŞ-ın razılıq əldə etmə səylərini yüksək qiymətləndirib.

Səudiyyə Ərəbistanı ümid edir ki, bu razılaşma “İsrailin 45 mindən çox insanın ölümünə və 100 mindən çox insanın yaralanmasına səbəb olan qəddar hücumlarına daimi son qoyacaq”.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da Əbu-Dabinin razılaşmadan məmnunluğunu ifadə edib.

XİN rəhbəri ümidvar olduğunu bildirib ki, saziş “Qəzza zolağında iztirablara son qoymağa yol açacaq, daha çox insan itkisinin qarşısını alacaq və anklavdakı böhrana və faciəli vəziyyətə son qoyacaq”.

BƏƏ xarici işlər naziri vurğulayıb ki, “əldə edilmiş razılaşma və öhdəliklərə hər iki tərəf (İsrail və HƏMAS) riayət etməlidir”.

“Beynəlxalq ictimaiyyət Yaxın Şərqdə sülh prosesini canlandırmaq üçün bütün səyləri dəstəkləməli və iki dövlətli həll konsepsiyasını və müstəqil Fələstin dövlətinin yaradılmasını təhdid edən qeyri-qanuni addımları dayandırmalıdır”, - Bin Zayed əlavə edib.

Yəmən

Yəmən Xarici İşlər Nazirliyi vasitəçilərin razılığa gəlmək səylərini yüksək qiymətləndirib və bu razılaşmaların “Qəzzada müharibəyə və iztirablara son qoyacağına” ümid etdiyini bildirib.

İraq

İraqın Xarici İşlər Nazirliyi də Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayıb və soyqırıma məruz qalan fələstinlilərə humanitar yardımın sürətləndirilməsini istəyib.

Bəyanatda deyilir ki, Bağdad Qəzza zolağında Fələstin xalqı üçün böyük əzab-əziyyət çəkdikdən sonra əldə olunan razılaşmanı alqışlayır.

Liviya

Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Manfi Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayıb və onun problemsiz icrasına ümid etdiyini bildirib.

Əl-Manfi “X” sosial media platfaromasında yaydığı məlumatda təsdiqləyib ki, Fələstin məsələsi Liviya xalqı üçün əsas problem olaraq qalmağa davam edəcək.

Dünya Müsəlman Alimləri Birliyi

Dünya Müsəlman Alimləri Birliyi də “Fələstin xalqının müqaviməti təqdirəlayiqdir” deyən razılaşmanı alqışlayıb.

Bəyanat Qəzza zolağında baş verən kütləvi dağıntılardan sonra Qəzzanın yenidən qurulmasını tələb edir.

İordaniya, Qətər, Misir və Livan da Qəzza razılaşmasını alqışlayıb.

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman ət-Tani Qətər, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs və məhbus mübadiləsinə dair razılaşmanın əldə olunduğunu elan edərək, razılaşmanın icrasına yanvarın 19-u bazar günü başlayacağını qeyd edib.

Razılaşmaya İsrailin Qəzza zolağında 7 oktyabr 2023-cü ildə başlayan soyqırımından sonra 467-ci günündə gəlinib. İsrail ordusunun amansız hücumları nəticəsində 156 mindən çox insan həlak olub və yaralanıb.

Aynurə

Seçilən
2
news24.az

1Mənbələr