Ohayo ştatının qubernatoru Mayk DeVayn amerikalı iş adamı Vivek Ramasvamini ABŞ Senatına keçən həftə senatorluqdan istefa verən vitse-prezident Ceyms Devid Vensin yerinə təyin edə bilər...
Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, qubernatorun mümkün təyinatı ilə bağlı məlumat sürpriz olub, çünki Ramasvami əvvəllər senator postunu nəzərdən keçirmədiyini bəyan etmişdi.
The Washington Post-un yazdığına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq siyasətçini Senatda Vensin kreslosunu tutmağı düşünməyə çağırıb.
Bundan əvvəl bildirilmişdi ki, Ramasvami və biznesmen İlon Mask ölkənin yeni seçilmiş prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı sərəncamına uyğun olaraq ABŞ-da bir neçə federal qurumu ləğv etmək niyyətindədirlər.
Noyabrın 13-də Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb.
Poliqon.info