Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amil Əsədlinin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, Amil Əsədli qonşusu, zərərçəkmiş Layiq Fərmanova (şərti) evinin qarşısına alt paltarı ilə çıxmasına irad bildirib. Bu zaman zərərçəkmiş şəxs onu vuraraq üst dodağının sol yarısı çapılıb və ona qarşı nalayiq ifadələr işlədib. Sonra təqsirləndirilən şəxs Layiqi onun azyaşlı övladının gözləri qarşısında xüsusi amansızlıqla əlləri və ayaqları ilə qəsdən vuraraq xəsarət yetirib.
Hadisədən sonra Amil Əsədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdi.
Kamal Məmmədov