AZ

Şahin Bağırov: "Layihələrimiz TDT ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir".
Oxu.Az xəbər verir ki, bunu TDT-nin gömrük xidməti rəhbərlərinin onuncu iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
O, Prezident İlham Əliyevin TDT-nin qarşılıqlı fəaliyyətinə xüsusi önəm verdiyini vurğulayıb.
Sədr, həmçinin bildirib ki, Azərbaycanın strateji-coğrafi mövqeyi onu vacib tranzit və logistika mərkəzinə çevirir.
"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın tranzit potensialını artırır, TDT ölkələrinin iqtisadi inteqrasiyasının dərinləşməsində mühüm rol oynayır", - deyə o qeyd edib.
Aləmdə Nəsib
Seçilən
6
oxu.az

1Mənbələr