AZ

Rusiyanın müttəfiqinə hücum hazırlanır: bu əraziləri ələ keçirəcəklər

“Xaricdə yaşayan belaruslu ekstremistlər (Belarus hakimiyyəti müxalifləri belə adlandırır-red) Qərb dövlətlərinin sülhməramlı kontingentinin tərkibində sərhəd rayonlarını ələ keçirməyi planlaşdırır”.

Publika.az
xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.

Onun iddiasına görə, respublikanın hüdudlarından kənarda yaşayan “ekstremist birləşmələr”in hədəfi sərhəd bölgələrində bir, ya bir neçə rayonu ələ keçirməkdir.

“Bu məqsədlə silahlı hücumların təşkil edilməsini planlaşdırırlar. Əsas hədəf hökuməti devirməkdir. Qərbli mütəxəssislərin iştirakı ilə Polşa və Ukraynada “döyüşçülərin” hazırlanması həyata keçirilir”, - o bildirib.

Asif

Seçilən
6
publika.az

1Mənbələr