AZ

Şahin Bağırov: Gömrük xidmətləri arasında koordinasiyanın sürətlənməsində rəqəmsallaşma prioritlərdəndir

Bakı, 16 yanvar, AZƏRTAC

Gömrük işi sahəsində əlaqələndirilmənin gücləndirilməsi, inteqrasiyanın dərinləşməsi istiqamətində reallaşan layihələrdən biri də Sadələşdirilmiş Nəqliyyat Dəhlizidir.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

Onun sözlərinə görə, sözügedən təşəbbüs regionda ticarətin genişlənməsi iqtisadi əlaqələrin möhkəmlənməsi nöqteyi- nəzərindən strateji əhəmiyyət daşıyır: “Müasir dövrdə qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətləri arasında koordinasiyanın sürətlənməsində rəqəmsallaşma mühüm prioritlərdən biridir”.

Seçilən
7
50
azertag.az

10Mənbələr