AZ

Gömrük əməkdaşlarının əmək haqları niyə verilmir?

Dövlət Gömrük Komitəsinin əməkdaşları bir neçə aydır əməkhaqqı ala bilmir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya həmin qurumda çalışan şəxslər müraciət ediblər.

Onların sözlərinə görə, oktyabr ayından bəri komitədə işçilərə məvacib verilmir. Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyən işçilər arasında narazılıq yaranıb. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var.

Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini, artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinə bir neçə dəfə sorğu ünvanlasaq da, cavab ala bilmədik.





Xəbər 2 dəfə oxunub.
Seçilən
2
50
xezernews.az

10Mənbələr