AZ

Çirkablı zirzəmi mingəçevirlilərin başına bəla olub

Mingəçevirdə mənzillərdən axan çirkab suları binanın zirzəmisinə dolur.

Həftəlik.az “Xəzər Xəbərə”ə istinadən xəbər verir ki, sözü gedən problem Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 ünvanındadır.

Sakinlərin bildirdiyinə görə, binanın kanalizasiya xəttləri yenilənib, lakin yenə də mənzillərdən axan çirkab suları binanın zirzəmisinə dolur.

Onlar hətta bildiriblər ki, dəfələrlə aidiyyatı qurumlara məsələ ilə ilə bağlı müraciət ediblər və “nasos” vasitəsilə çirkab suları çəkilib. Amma problem ümumi xəttə olduğu üçün çox keçmir ki, zirzəmi yenidən bu sularla dolur.

Sakinləri narahat edən digər məsələ isə, zirzəmidə məlum problem üzündən mənzillərdə olan pis qoxu və ağcaqanadlardır. Onlar bildiriblər ki, üfunətdən mənzillərin qapılarını açmaq, otaqlarda oturmaq mümkün deyil.

Mingəçevir su kanalı idarəsindən verilən məlumata görə, həmin ərazidə kanalizasiya xəttlərində yenidənqurulma işləri aparılıb. Amma həmin ərazidə inşa olunan yeni “nasosxana”nın istifadəyə verilməməsi binadakı problemin həllini yubadır. Həmçinin idarədən bildirilib ki, yaxın günlərdə bu problem köklü formada həll olunacaq.

Müəllif: Türkan_zadə

Seçilən
5
heftelik.az

1Mənbələr