İstanbulda daha 4 Özbəkistan vətəndaşı saxta spirtli içkidən zəhərlənərək ölüb.
İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 10-a çatıb.
"Operati Media" xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
“İstanbulda daha 4 Özbəkistan vətəndaşı saxta spirtli içkidən zəhərlənərək ölüb”, - məlumatda deyilir.
Bir gün əvvəl diplomatik nümayəndəlik İstanbulda 5 kişi və bir qadının saxta spirtli içkidən öldüyünü bildirmişdi.