AZ

BANM tələbələri Portuqaliyada təhsil alırlar

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil alır.

BANM-dən "İki sahil"ə bildirilib ki, neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Həqiqət Quluzadə və Aysel Novruzlu 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirirlər.

BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar. Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıb.

Seçilən
2
1
ikisahil.az

2Mənbələr