AZ

Sona Əliyeva: "Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çimnaz Sultanovanın xəstəliyi haqqında hər birimiz böyük bir şok yaşadıq".
Oxu.Az xəbər verir ki, bu sözləri aktrisa Sona Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O, həmkarının xəstə olduğuna inana bilmədiyini söyləyib:
"O, heç kimin yanında harasınınsa ağrımağı barədə şikayətlənməyib. Çimnazı neçə illərdir tanıyıram. Allahın "başım ağrıyır" ifadəsini onun ağzından eşitməmişəm. İki gün bundan öncəki paylaşımın görmüsünüz. O görüntülərdən də xəstə insana oxşamırdı. Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb".
O bildirib ki, Çimnazı kim necə tanıyırsa, nə deyirsə, bilsin ki, ölüm hamının qapısında var:
"Çimnazın ürəyi bir başqa idi. O, başqa insan olub. Tanıyıb bilməyənlər bilsin ki, ölüm haqdır. Hamının qapısında var. Ona görə də heç kim heç kimi qınamasın".
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.
Aygün Mirakif
Seçilən
5
oxu.az

1Mənbələr