AZ

TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr vahid gömrük informasiya sisteminin yaradılmasını hədəfləyirlər".

Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının gömrük xidməti rəhbərlərinin onuncu iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O, həmçinin söyləyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr ortaq risklərin idarə edilməsi mexanizmlərinin formalaşdırılması, elektron ticarət sahəsində innovativ texnologiyaların tətbiq edilməsini hədəfləyirlər .

Sədrin sözlərinə görə, bu hədəflər TDT-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin genişlənməsinə, əməkdaşlığın dərinləşməsinə, eyni zamanda, yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Aləmdə Nəsib

Mənbə: oxu.az

Seçilən
19
oxu.az

1Mənbələr