AZ

Azərbaycan sahibkarları güzəştli kredit alıb

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 550 milyon manata yaxın kredit verilib, bunun 118,6 milyon manatı 2024-cü ilin payına düşüb. SİA bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat subsidiya verib.

Zəmanət verilmiş kreditlər üzrə bankların müəyyən etdiyi orta illik faiz dərəcəsi 14,4 % olduğu halda, subsidiya hesabına bu göstərici 6,2 % olub.

Zəmanət verilmiş kreditlər əsasən turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayə sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib. Verilən kreditlər hesabına maliyyələşən biznes layihələri çərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.

Seçilən
2
8
sia.az

10Mənbələr