AZ

Hospital rəisindən Elçin Quliyevə şikayət

Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti Fərid Əzizli adıçəkilən xidmətin rəisi general-polkovnik Elçin Quliyevə müraciət edib.

Hurriyyet.az xəbər verir ki, bu müraciətə səbəb onun DSX-nın Hərbi Hospitalında işləyən yoldaşının üzləşdiyi qanunsuzluqlardır:

“Bildirirəm ki, həyat yoldaşım Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında tibb xidməti kapitanı rütbəsini daşıyır, həkim  ginekoloq və cərah kimi fəaliyyət göstərir.

Hərbi hospitalın rəisi Polkovnik Şükür Eyvazov bir müddətdir xanım hərbi qulluqçuya qarşı qərəzli münasibət göstərir,ona əsassız intizam cəzaları verərək işdən uzaqlaşdırmaq və ya xidmət yerini dəyişdirmək kimi pis niyyətini həyata  keçirmək istəyir.

Buna səbəb polkovnik Ş.Eyvazovun hərbi hospitalda öz şəxsi   maraqlarına  uyğun həkim  kollektivi formalaşdırmaq istəyidir.

Bu barədə 2024-cü il oktyabr ayında Cənab Elçin Quliyevə müraciət olunub. DSX rəisi  bu məsələyə müdaxilə etdikdən sonra ,xanım hərbi qulluqçunun üzərindən intizam cəzaları götürülmüşdür.

İntizam cəzaları il sonunda hərbi qulluqçulara  verilən mükafat pulunun faiz dərəcəsinə təsir göstərməsinə baxmayaraq, DSX rəisi daha humanist atdım ataraq hərbi hospitalın bütün heyətinin intizam cəzaların bağışlamış, mükafat pulunun tam ödənilməsi üçün göstəriş vermişdir.

Vaxtilə bəzi  məsələlər də Elçin Quliyevə qarşı düzgün mövqedə olmadığıma baxmayaraq, cənab general-polkovnik mənim ailə üzvümə qarşı qərəzli,prinsipial münasibət göstərməmiş.Əksinə xanım hərbi qulluqçunun vaxtı vaxtında rütbələrini təqdim  etmiş,onun xidmətini medallarla qiymətləndirmişdir.

Öz rəhbərindən  nümunə götürməyi bacarmayan polkovnik Şükür Eyvazov, vəzifə səlahiyyətlərini aşaraq xanım hərbi qulluqçunun  qanunu, dövlət tərəfindən təyin edilən əmək haqqını 2 aydır ki, kəsib. Polkovnik Şükür Eyvazovun xidmətdə yol verdiyi nöqsanlar  barədə DSX-in rəisi cənab general -polkovnik Elçin Quliyevə 13 yanvar 2025- ci ildə  yenidən müraciət olunub. İnanıram ki, DSX rəisi ədalətli qərar qəbul edəcək”.

Gununsesi.info

Seçilən
10
3
hurriyyet.az

4Mənbələr