Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO-ya səfəri çərçivəsində Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyənin MN məlumat yayıb.
Qeyd edək ki, Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin sessiyasında iştirak edəcək.