AZ

Türkiyədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvləri həbs edilib

Türkiyənin 9 vilayətində keçirilən də keçirilən "SİBERAĞ-15" əməliyyatı zamanı 21 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar zamanı bir qrup şəxsin dələduzluq və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması ilə məşğul olduğu müəyyən edilib.

Saxlanılan şəxslərin hesablarında 30 milyard 478 milyon 473 min lirə pul aşkarlanıb.

Əməliyyat zamanı həmçinin 752 bank/kriptovalyuta hesabı, çoxlu sayda kompüter, telefon, portativ yaddaş və debet/kredit kartları da ələ keçirilib.

Şübhəlilərdən 18-i həbs edilib, 3-ü isə məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə
Seçilən
9
e-huquq.az

1Mənbələr