AZ

Özbəkistan TDT ölkələrin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını təklif edir

Özbəkistan Sadələşdirilmiş Gömrük Dəhlizinə dair Sazişin gələcək tətbiqi məqsədilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını təklif edib.

"Report" xəbər verir ki, bu təkliflə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxış edib.

"Sadələşdirilmiş Gömrük Dəhlizinə dair Sazişin gələcək tətbiqi məqsədilə ölkələrimizin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını və bu zaman mövcud ikitərəfli informasiya mübadiləsi kanallarından istifadə edilməsini təklif edirəm. Biz sahibkarlarımızın bu sənəddən real fayda görməsini istəyirik", - o vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanın təşəbbüsü olan Transxəzər Gömrük Tranzit portalının həyata keçirilməsinə fəal şəkildə dəstək verir: "Tranzit portalından istifadənin hüquqi əsasının imzalanmasını sürətləndirməyi təklif edirik. Sərhəddə yığımların vahid hesablama mexanizminin yaradılması, qeyri-tarif tədbirləri haqqında məlumatlandırma və portalda zəmanətdən istifadə məsələsini öyrənmək lazımdır".

Seçilən
11
1
report.az

2Mənbələr