AZ

Rus ordusu dəmir yoluna çatdı: şəhərə daxil olmaq istəyir

Rus ordusu Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna hərbçilərinə təzyiqlərini dayandırmır. Xüsusən də Rusiya ordusu son bir neçə gündə Kotlino bölgəsində uğur qazanıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “DeepState” layihəsinin məlumatında bildirilib.

Məlumata görə, rus ordusu şəhərin cənub-qərbindəki avtomobil və dəmir yoluna çatıb və birbaşa şəhərə nüfuz etməyə çalışır.

“Müdafiə qüvvələri sabitləşdirmə tədbirləri həyata keçirir, düşmənə qarşı səylərini əsirgəmir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin keçmiş müşaviri Yuri Butusov artıq ordu komandanlığının Pokrovska nəzarəti itirdiyini açıqlamışdı.


Seçilən
0
2
news24.az

3Mənbələr