AZ

Sona Əliyeva: "Çimnazı kim necə tanıyırsa..." – VİDEO

“Çimnaz heç kimin yanında harasınınsa ağrımağı barədə şikayətlənməyib. Çimnazı neçə illərdir tanıyıram. Allahın "başım ağrıyır" ifadəsini onun ağzından eşitməmişəm”.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri aktrisa Sona Əliyeva ötən gün vəfat edən həmkarı Çimnaz Sultanova ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, həmkarının xəstə olduğuna inana bilmədiyini söyləyib:

“Çimnazın xəstəliyi haqqında hər birimiz böyük bir şok yaşadıq. İki gün bundan öncəki paylaşımını görmüsünüz. O görüntülərdən də xəstə insana oxşamırdı. Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb. Çimnazı kim necə tanıyırsa, nə deyirsə, bilsin ki, ölüm hamının qapısında var. Çimnazın ürəyi bir başqa idi. O, başqa insan olub. Tanımayanlar, bilməyənlərə də səslənirəm ki, ölüm haqdır. Hamının qapısında var. Ona görə də heç kim heç kimi qınamasın".

Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.


Bizim.Media

Seçilən
0
2
bizim.media

4Mənbələr