AZ

Pezeşkian: "Müharibədən qorxmuruq, lakin onu istəmirik"

İran Prezidenti Məsud Pezeşkian Amerika Birləşmiş Ştatlarında mənzillənən USNBC Televiziyasına müsahibəsində Trumpa qarşı sui-qəsd cəhdində ölkəsinin heç bir rolunun olmadığını bildirib.

O, həmçinin Ağ Evin yeni rəhbərinin bölgədə və dünyada sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

"Amerika Birləşmiş Ştatları ilk gündən İranı yıxmağa çalışıb. Ümid edirəm ki, Trump dünyada və regionda müharibəyə deyil, sülhə töhfə verəcək. Tehran və Vaşinqton arasında problem dialoqun olmaması ilə əlaqəli deyil. Problem birgə danışıq və dialoqlarda razılaşdırılan öhdəliklərə İrandan fərqli olaraq, digər tərəflərin əməl etməməsidir", Pezeşkian deyib.

Ölkəsinin nüvə silahı əldə etməsi ilə bağlı suala cavabında isə Pezeşkian İranın belə bir planının olmadığını bildirib və fəaliyyətlərinin dinc məqsədli olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, əgər Amerika Birləşmiş Ştatları və İsrail İranın nüvə proqramını dayandırması üçün ölkəsinə hücum edərlərsə, bunu cavabsız qoymayacaqlar.

"Biz müharibədən qorxmuruq, lakin onun olmasını istəmirik. Çünki bu, yalnız bizim yox, digər iştirakçıların da ziyanına olacaq", - İran Prezidenti vurğulayıb.

Bununla belə, o, bölgədə belə bir müharibənin olmayacağına ümid etdiyini bildirib.

Videonu Youtube-dan izləyin.

Seçilən
5
bbc.com

1Mənbələr