AZ

“Şamaxı” tanzaniyalı futbolçu aldı - FOTO

"Şamaxı" klubu heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə Milli.Az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə "6 ay + 1 illik" müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın "Spartak" (Subotitsa) klubuna məxsus olub. O, son olaraq icarə əsasında həmin ölkənin "Novi Sad" klubunda çıxış edib.

Milli.Az
   

 

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
14
milli.az

10Mənbələr