AZ

Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun BaşQərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərindəNATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatındakeçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun üzv vətərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı iləkeçirilən iclasda çıxış edən general-polkovnik K.Vəliyev ölkəmizinNATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli DəstəkMissiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə AzərbaycanOrdusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldəetdiyi təcrübədən danışıb.

Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarındankənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edəngeneral-polkovnik K.Vəliyev, ölkəmizin öz ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə vətəhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunubildirib.

Səfər çərçivəsində Baş Qərargah rəisinin iclasda iştirak edənbəzi həmkarları ilə görüşləri planlaşdırılır.

Kərim
Kərim
Məqalədə:
Seçilən
26
28
az.trend.az

10Mənbələr