AZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Britaniyada beynəlxalq müsabiqənin qalibi seçilib

Bakı, 16 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünyanın ən böyük mühəndislik institutlarından biri olan Böyük Britaniyanın Mühəndislik və Texnologiya İnstitutunun təşkil etdiyi “Mükəmməllik və innovasiya müsabiqəsi”ndə “Sosial təsir texnologiyaları” kateqoriyası üzrə qalib seçilib.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə nazirliyin rəqəmsal layihələri barədə məlumatlar təqdim edilib. Münsiflər heyəti əhaliyə dövlət sosial xidmətlərinin göstərilməsi sahəsində elektron həllərin tətbiqi ilə bağlı qurumun son illər əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib.

Müsabiqədə Azərbaycanla yanaşı, Çin, Böyük Britaniya, Türkiyə və digər ölkələrdən texnologiya sahəsində fəaliyyət göstərən 100-ə yaxın dövlət və özəl müəssisələr təmsil olunublar.

 

Seçilən
3
3
azertag.az

4Mənbələr