Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, general-polkovnik K.Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasda iştirak etmək üçün Brüssel şəhərində səfərdədir.