AZ

“Paris Ukrayna üzrə istənilən sülh danışıqlarında iştirak etməlidir” - Fransa XİN rəhbəri

“Fransa Ukrayna üzrə istənilən sülh danışıqlarında iştirak etməlidir, çünki bu danışıqlar ümumavropa təhlükəsizliyinə aiddir”.

Missiya.Az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

“Fransanın Avropa təhlükəsizliyi ilə bağlı istənilən danışıqların bir hissəsi olması vacibdir. Bu gün Ukraynada baş verənlər bu ölkənin ərazi bütövlüyünə aiddir, lakin Avropanın birbaşa təhlükəsizlik maraqlarına da toxunulur”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
missiya.az

1Mənbələr