AZ

Azərbaycanda payızlıq bitkilərin səpininin həcmi məlum olub

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilin məhsulu üçün payızlıq bitkilərinkütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-ivəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıqbitkilər səpilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumatverilib.

Qeyd olunub ki, səpin aparılmış sahənin 99 faizini və yaxud932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil etdib ki,onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 minhektarı isə çovdar əkinlərinin payına düşür.

Məlumata əsasən, ən çox buğda bitkisi Cəlilabad (47,0 min ha),Şamaxı (28,0 min ha), Füzuli (25,2 min ha), Hacıqabul (23,2 minha), Şəki (21,9 min ha), Ağcabədi (21,0 min ha), İsmayıllı (20,1min ha) və Qobustan (14,3 min ha) rayonlarında, ən çox arpa bitkisiŞəki (38,1 min ha), Kürdəmir (33,6 min ha), Neftçala (26,6 min ha),Biləsuvar (24,1 min ha), Ağsu (19,6 min ha), Qobustan (14,8 min ha)və Cəlilabad (13,4 min ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərinsəpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faizazalmış, arpanın səpin sahəsi isə 2,3 faiz artıb.

Seçilən
9
6
az.trend.az

8Mənbələr