AZ

ABŞ hökumətində Ukrayna ilə bağlı fikir ayrılıqları: Trampın namizədi bu sualdan yayındı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın İdarəetmə və Büdcə İdarəsinin rəhbəri vəzifəsinə namizədi Rassel Vout Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı mühüm suala cavab verməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Mən xarici siyasət məsələlərində prezidentdən irəli getməyə hazırlaşmıram", - o bildirib.

Bir neçə milyon dollarlıq növbəti yardım paketi artıq Konqres tərəfindən təsdiqlənib və hakim prezidentin administrasiyasında müvafiq qərarın qəbulunu gözləyir. Buna görə də nəşrin analitikləri hesab edirlər ki, Voutun cavabı Amerika hökumətinin qolları arasında fikir ayrılıqlarının başladığını göstərir.

Seçilən
2
publika.az

1Mənbələr