AZ

Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA YAYDI

Ajans.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

“Qəza təhqiqat komissiyası hadisənin səbəblərini müəyyən etmək üçün işini davam etdirir. İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək”, - departament vurğulayır.

O da qeyd olunur ki, ilkin məlumatların olduğu hesabat bütün tələblərə uyğun olaraq komissiya tərəfindən dərc olunacaq.

2025-ci il yanvarın 16-da media qəzadan bir qədər əvvəl təyyarə heyəti arasında olan danışıqların tam stenoqramını dərc edib.

Seçilən
6
Ajans.az

1Mənbələr