AZ

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi

ABŞ-da 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (CPI) aylıq 0,4 faiz, illik isə 2,9 faiz artdı.

Valyuta.Az-ın məlumatına görə, bu məlumatlar, bir "balina" tərəfindən "Ethereum" almaq şansı kimi qiymətləndirilib.  

CPI məlumatları açıqlanandan sonra yeni yaradılmış bir pulqabı "Binance"dən 1 799 ədəd "Ethereum" (təxminən 5,92 milyon dollar) çıxarıb. Əməliyyat blokçeyn və analiz platforması "Lookonchain" tərəfindən qeydə alınıb və geniş marağa səbəb olub.  
Hazırda həmin pulqabının ümumi balansı 1 798,71 ETH təşkil edir ki, bu da çıxarılan vəsaitin böyük hissəsinin hələ də pulqabıda saxlanıldığını göstərir. Əməliyyat bu gün, Bakı vaxtı ilə təxminən saat 11:15 -də həyata keçirilib və cəmi 0,0003969 ETH transfer haqqı ödənilib.  

CPI məlumatları bazarda adətən dəyişkənliyə səbəb olur. Belə iri həcmli köçürmələr isə bazara təsir göstərə biləcək strateji addımların atıldığını göstərə bilər. Lakin hazırda bu əməliyyatın məqsədi və kimin tərəfindən həyata keçirildiyi məlum deyil. Buna baxmayaraq, bu ölçüdəki əməliyyatlar bazarın gələcək istiqaməti ilə bağlı ipucları verə bilər.  

Aydın

Seçilən
2
valyuta.az

1Mənbələr