AZ

Kərim Vəliyev NATO iclasında iştirak etdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-nun üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı ilə keçirilən iclasda çıxış edən general-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldə etdiyi təcrübədən danışıb.

Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edən general-polkovnik K.Vəliyev, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirib.

Səfər çərçivəsində Baş Qərargah rəisinin iclasda iştirak edən bəzi həmkarları ilə görüşləri planlaşdırılır.

Seçilən
5
28
konkret.az

10Mənbələr