AZ

Erməni biznesmen bu ölkədə öldürüldü

Livan əsilli erməni biznesmen Vaçe Arslanyan Beyrutda öldürülüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə yerli erməni nəşri “Arevelk” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə paytaxtın Əşrəfiyyə məhəlləsində baş verib.

Bəzi məlumatlara görə, qətlin motivi quldurluq olub. Arslanyan evində öldürülüb.

Qətlin başqa təfərrüatları açıqlanmayıb. Qətl zamanı ailə üzvlərinin evdə olmadığı qeyd edilir.


Seçilən
0
1
news24.az

2Mənbələr