AZ

"Yelo Bank" ötən ili rekord maliyyə nəticələri ilə başa vurub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yelo Bank" 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydə alınıb. Belə ki, "Yelo Bank"ın 2024-cü ilin sonuna xalis mənfəəti 43 milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdə isə:
- Bankın kredit portfeli böyüyüb: 2023-cü ilin sonu ilə müqayisədə 22% artımla 935 mln. manata çatıb.
- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 21.5% artımla 587 mln. manat olub.
- Real sektor hər zaman prioritetlər arasında olub: il ərzində mikro bizneslərə Bank tərəfindən 364 mln. manat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347 mln. manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24.6% çoxdur.
- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 32 mindən çox istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 23.5%-lik artımla 347 mln. manata çatıb. Bu satışların 38%-i, eləcə də portfel artımının 50%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
- Bankın əmanət təklifləri cəlbedici olmağa davam edib: fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 37% artaraq 652 mln manata yaxınlaşıb. Bu artım bankın müştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
- Faiz və qeyri-faiz gəlirləri də artıb: il ərzində Bankın faiz gəlirləri 34% artaraq 151 mln. manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 32 mln. manata çatıb.
- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 148,7 mln manat təşkil edir, bu da əvvəlki ilin eyni dövründən 36% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.15%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.05% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. 2024-cü ilin sonuna Bankın aktivləri 1.280 mln. manat təşkil edir.
"Yelo Bank" 2025-ci ildə də dinamik inkişafını davam etdirməyi planlaşdırır. Bank yeni filialların açılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və mövcud xidmətlərin müasirləşdirilməsi üzrə bir sıra layihələr həyata keçirəcək. Bu yeniliklərdə isə ESG yanaşması, dayanıqlılıq prinsipləri, müştərimərkəzli addımlar üstünlük təşkil edəcək. Xüsusilə bölgələrdə xidmət şəbəkəsini böyütməyi hədəfləyən "Yelo Bank" maliyyə inklüzivliyinə və sosial-iqtisadi inkişafa töhfə verməyə davam edəcək.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya "Facebook", "Instagram", "WhatsApp" və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" - Parlaq bankçılıq!
Seçilən
3
14
oxu.az

10Mənbələr