AZ

Azərbaycana uduzmuş, kinli Zurabişvili məlum sazişi alqışladı - Təfərrüat 

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti kimi and içəndən dərhal sonra, parlamentin qəbul etdiyi bütün qanunları imzaladı.
Onlardan ən mühümü isə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dövlət himayəsi hüququnu itirməsi ilə bağlı qanun oldu. Zurabişvili prezident sarayını tərk edən kimi dərhal etirazçılara qoşuldu.

Aradan az bir müddət keçəndən sonra Keşmiş prezident ölkəni tərk etdi və yeni işlə də təmin olundu. “Harda? deyə soruşsanız, təbii ki, ABŞ-da və Makkeyn İnstitutunda...


Adalet.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili sosial şəbəkədə paylaşım edib. O , yazıb: “ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq regionda sabitlik və sülhün bərqərar olmasına töhfə verəcək tarixi addımdır. Gürcüstan da ABŞ-la strateji tərəfdaşlığını bərpa edəcək, çünki yalnız yeni seçkilər xalqın iradəsinin yerinə yetirilməsini təmin edəcək".
Qeyd edək ki, Zurabişvili prezdent kürsüsündə ikən Ermənistanın ərazilərini “qədim gürcü torpağı” kimi göstərmişdi və bu ermənilərin qəzəbinə səbəb olmuşdu. O prezidentliyi dövründə Azərbaycana qarşı baş verən bir çox təxribatların arxasında olduğunu əməli ilə sübut etmişdi. Uzağa getməyək, Fransa və ABŞ silahlarının Gürcüstan ərazisindən keçərək Ermənistana yetişməsinə şərait yaratmış , Azərbaycanın Gürcüstana etdiyi yardım və dəstəklərini görməzdən gəlmişdi. Bu həmin Zurabişvilidir ki, gürcüləri qızışdıraraq Keşikçidağ monastırını mənimsəməyə çalışırdı. Hətta onun qızışdırdığı şəxslər Azərbaycan əsgərinin əlindən silahını almışdı. O təxribat kxarakterli təxribata rəsmi şəxslər də qoşulmuşdu.
Fransız tərbiyəsi almış Zurabişvili Gürcüstan azərbaycanlılarına qarşı sərt münasibətlər sərgiləyib. İki xalq arasında gərginlik və qarşıdurma ən çox onun idarəçiliyi dövründə baş verib.
Onun paylaşımı heç də təsadüfi deyil ABŞ və Ermənistan arasındakı sazişi dəstəkləməklə əslində həm də Azərbaycana qarşı münasibətini ortaya qoyur. Halbuki, ermənilərin Azərbaycan torpaqlarını 30 il işğalda qalmasına ABŞ kimi Gürcüstan da hər zaman göz yumub.

 Əntiqə Rəşid

Seçilən
2
adalet.az

1Mənbələr