AZ

Atəşkəslə bağlı səsvermə təxirə salındı

İsrail Nazirlər Kabinetində atəşkəslə bağlı səsvermə təxirə salınıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu, Həmas-ın son anda güzəşt əldə etmək üçün razılaşmanın bəzi hissələrindən imtina etdiyini bildirib.

“Həmas son dəqiqə güzəştləri tələb etmək üçün vasitəçilər və İsraillə əldə olunan razılaşmanın bəzi hissələrindən imtina edir. Vasitəçilər HƏMAS-ın razılaşmanın bütün elementlərini qəbul etdiyi barədə İsraili xəbərdar edənə qədər İsrail Nazirlər Kabineti toplanmayacaq”.

Qeyd edək ki, İsrail Nazirlər Kabineti bu gün sazişi ratifikasiya etməli idi.

Mina Mikayılova

 

Seçilən
1
bakivaxti.az

1Mənbələr