AZ

ABŞ Rusiyaya yeni sanksiyaları elan etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarında 100-ə yaxın hədəfə yenidən sanksiyalar tətbiq edib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib. Açıqlamada bildirilib ki, ödənişləri asanlaşdırmaq üçün Rusiya və Çindəki dairələr arasında qurulmuş sanksiyadan yayınma sxemi üzrə tədbir görülüb. Bu çərçivədə Rusiyadan 6 təşkilat və 1 nəfər, Çindən isə 9 təşkilat sanksiya siyahısına salınıb. Açıqlamada deyilir ki, Rusiya sanksiyalardan yayınmaq üçün Qırğızıstanda yerləşən maliyyə qurumu ilə əməkdaşlıq edib. ABŞ həmin maliyyə qurumuna da sanksiya tətbiq edib. Bəyanatda vurğulanır ki, sanksiya tətbiq edilmiş qurumlardan hər hansı biri üçün və ya onların adından bilərəkdən əməliyyatlarda vasitəçilik edən xarici şəxslər ikinci dərəcəli sanksiyalara məruz qala bilərlər. ABŞ-nin yeni sanksiyalarının əsasən Çin olmaqla Vaşinqtonun qadağalarından yayınma səylərini dəstəkləməyə davam edənlərə qarşı yönəldiyi vurğulanıb.

Bildirilib ki, sanksiyaların genişləndirilməsi Rusiyanın gəlir və mallara çıxış imkanlarını azaldacaq.

Seçilən
1
1
metbuat.az

5Mənbələr