AZ

Xızıda 19 min manatlıq mənimsəmədə təqsirləndirilən çobanın cəzası məlum oldu

Xızıda mənimsəmədə təqsirləndirilən Yalçın Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Xızı Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi iləı keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.Qasımov Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Y.Qasımov T.İsayevlə aralarında olan şifahi razılaşma ilə sonuncuya məxsus Xızı rayonu, Sitalçay kəndində yerləşən fermer təsərrüfatında çoban işlədiyi 2023-cü ilin sentyabr-noyabr ayları ərzində zərərçəkmişə məxsus olan və ona etibar edilmiş ümumilikdə 19220 manat dəyərində xırdabuynuzlu heyvanları mənimsəyərək istintaqa məlum olmayan şəxsə (şəxslərə) satıb, ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talayıb. Bununla da T.isayevə 19220 manat məbləğində ziyan vurub.

Şəbnəm Mehdizadə
Seçilən
14
e-huquq.az

1Mənbələr