AZ

"Ermənistan xalqı nə keçmiş müxalifəti, nə də Paşinyanı tam dəstəkləyir"- Politoloqdan şərh

"Sorğular göstərir ki, Ermənistan xalqı nə keçmiş müxalifəti, nə də Paşinyanı tam dəstəkləyir."

Politoloq Zaur Məmmədov bunu  News365.az-a deyib.

"Paşinyan və Ermənistan müxalifəti arasında hazırda siyasi səhnədə üçüncü qüvvələrin formalaşması müşahidə olunmur. Bu üçüncü qüvvələrə “Avropa yönümlü milli müxalifət” adını versək də, onların sosial və resurs baxımından ciddi təsiri yoxdur. Hazırda əsas sosial və resurs gücü keçmiş hakimiyyətin əlində və Paşinyanın tərəfindədir.

Sorğular göstərir ki, Ermənistan xalqı nə keçmiş müxalifəti, nə də Paşinyanı tam dəstəkləyir. Lakin mövcud alternativlərin arasında müqayisə aparsaq, Paşinyan yenə də üstünlük təşkil edir. Xatırladaq ki, 2021-ci ildə Paşinyan seçkilərdə böyük təzyiqə və məğlubiyyət ehtimalına baxmayaraq, seçkidə iştirak edənlərin 25%-nin səslərini qazanmışdır. Bu, iştirak edən seçicilərin təxminən yarısının dəstəyini ifadə edir.

Nəticə etibarilə, Paşinyan müxalifətlə müqayisədə daha çox dəstək qazanmaq şansına malikdir, baxmayaraq ki, bu dəstək əksəriyyəti təşkil etmir.

News365.az

Seçilən
3
news365.az

1Mənbələr