AZ

Azərbaycan və Özbəkistan gömrük proseslərində süni intellektdən istifadəni genişləndirəcək - DGK sədri

Azərbaycan və Özbəkistan gömrük proseslərində süni intellektdən istifadəni genişləndirmək niyyətindədir.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca 10-cu iclasında etdiyi çıxışda bildirib.

"Bizim Özbəkistanla əməkdaşlığımız uzun tarixə əsaslanır və biz Özbəkistanın ələlxüsus gömrük xidmətində informasiya-texnologiya çözümləri istiqamətində əldə etdiyi nailiyyətləri öyrənirik. Biz, eyni zamanda, risklərin idarə olunması sistemləri ilə bağlı uğurları təhlil edirik və onların üzərində birgə işləyirik", - deyə nazir söyləyib.

Ş.Bağırov qeyd edib ki, növbəti hədəflərə Özbəkistan Respublikasının gömrük xidməti ilə süni intellekt əsasında əməkdaşlıq, onun tətbiqi ilə bağlı fikir mübadiləsi, həmçinin, gömrük proseslərində süni intellektdən istifadənin genişləndirilməsi daxildir.

"Bundan başqa, biz biliklərimizi qarşılıqlı olaraq zənginləşdirməyi davam etdirmək məqsədilə bu sahədə faktiki olaraq praktiki təcrübəsi olan digər xidmətlərin və gömrük orqanlarının təcrübələrinin öyrənilməsini qarşımıza məqsəd qoyuruq", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr