AZ

Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır

Azərbaycan XİN İsrail və HAMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.

"Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.

Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək".

Seçilən
1
19
ulusum.az

10Mənbələr